Livanın cənubunda davam edən quru əməliyyatları çərçivəsində “Hizbullah” terror təşkilatını çoxlu sürprizlər gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib.
“Hizbullah” bir-birinin ardınca çox ağır zərbələr alır. Nəsrullahı aradan qaldırdıq, amma bizdə çoxlu sürprizlər var, bəziləri artıq reallaşdırılıb, bəziləri də həyata keçiriləcək”, - müdafiə naziri bildirib.
Qallantın sözlərinə görə, son hücumlarda “Hizbullah”ın raket və hərbi aviasiya bölməsi ağır zərbə alıb:
“Keyfiyyətli və dəqiq əməliyyat nəticəsində xeyli hissəsi məhv edilib. Komanda və nəzarət qərargahı, rabitə vasitələri, (elit “Radvan” qüvvələrinin) bütün rəhbərliyi və faktiki olaraq Nəsrullahdan aşağı pillədə olan bütün ikinci-üçüncü komandanlıq sıraları zərərsizləşdirilib”.
Nazir əlavə edir ki, İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın hücum planlaşdırdığı bütün infrastrukturu məhv ediləcək.