8 Oktyabr 08:37
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

"HƏMAS” Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun bir sükutdan sonra müvafiq şəxslərlə əlaqə saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Walla” portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Sinvar son günlər Qətərdəki “HƏMAS” nümayəndələri ilə əlaqəni bərpa edib və onlara müxtəlif məlumatlar çatdırıb.

İsrail rəsmisi bildirib ki, “HƏMAS” lideri, Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı aparılan danışıqlarda mövqeyinin yumşaldılması ilə bağlı heç bir işarə etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər