8 Oktyabr 18:14
3 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və İsrail arasında münaqişənin gərginləşməsi ehtimalı son dərəcə yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib.

“Regional münaqişənin daha da genişlənməsi riski ilə üz-üzəyik”, - qurum rəhbəri bildirib.

Börns vurğulayıb ki, ABŞ hökuməti yaxın bir neçə həftə ərzində gərginliyin azaldılmasına kömək etməlidir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin bildirib ki, İsrail və İran liderləri münaqişənin total xarakter almasını istəmirlər. Digər tərəfdən, Amerika xüsusi xidmətinin rəhbəri qeyd edib ki, İsrailin özünümüdafiə hüququ olduğunu nəzərə almaq vacibdir.

“İnanıram ki, İsrail rəhbərliyi İranın hücumuna necə cavab veriləcəyini diqqətlə araşdırır”, - Börns vurğulayıb.

MKİ direktoru ümid etdiyini bildirib ki, İsrail qərar qəbul edərkən ABŞ prezidenti və digər yüksək rütbəli rəsmilərin ifadə etdikləri narahatlığı nəzərə alacaq.

“Anlayırıq ki, potensial təsirlər qlobal enerji bazarları və dünya iqtisadiyyatı üçün son dərəcə kəskin nəticələrə səbəb olacaq”, - Börns əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər