Koreya Xalq Demokratik Respublikasının (KXDR) 14-cü çağırış Ali Xalq Məclisinin 11-ci sessiyasında No Qvan Çxol ölkənin yeni müdafiə naziri təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Kadr təyinatları oktyabrın 7-dən iki gün davam edən sessiyanın gündəliyinin beşinci bəndi kimi nəzərdən keçirilib.
Məlumatda həmçinin bildirilir ki, Li Man Su tikintiyə dövlət nəzarəti naziri, Kim Son Bin isə Dövlət Elm və Texnologiya Komitəsinin sədri təyin edilib.
Bundan əvvəl KXDR-in müdafiə naziri vəzifəsini Kan Sun Nam tuturdu.