9 Oktyabr 18:18
4 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın Baş Qərargahı bəyan edib ki, Koreya yarımadasında vəziyyətin pisləşməsi ölkənin təhlükəsizliyi üçün daha ​​qətiyyətli tədbirlərin görülməsini tələb edir.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya bununla əlaqədar olaraq, Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq.

Şimali Koreya Baş Qərargahının fikrincə, ölkənin suverenliyinə qəsd etmək üçün gücdən istifadə cəhdlərini açıq şəkildə nümayiş etdirən düşmən qüvvələrin addımları Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətini daha da gözlənilməz edir. Nümunə olaraq qurum Cənubi Koreya ilə ABŞ arasında keçirilən hərbi təlimləri göstərib.

Qərara əsasən, bu gündən Cənubi Koreya ilə avtomobil və dəmir yollarının tamamilə bağlanması və müdafiə strukturları ilə möhkəmləndirilməsi üçün tikinti işlərinə başlanılıb. Şimali Koreya Baş Qərargahı bunu “özünümüdafiə tədbiri” adlandırıb.

Ötən həftə ölkə lideri Kim Çen In Şimali Koreyaya hücum olacağı təqdirdə nüvə silahından istifadə olunacağı barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər