12 Oktyabr 01:07
3 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Hollandiyada "yeni mavi dil" virusuna ilk yoluxma halları qeydə alınıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krallığın Qida Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Virus Hollandiyanın Utrext əyalətindəki iki fərqli fermada qoyun, həmçinin inək və onun buzovunda aşkar edilib. Bu tip virusa qarşı hələ də peyvənd yoxdur.

"Mavi dil" gevişən heyvanların viral xəstəliyidir. Xəstəlik ağız və burun boşluqlarının selikli qişasının zədələnməsi, dilin şişməsi, başın üz hissəsinin şişməsi, əzaların zədələnməsi, həmçinin skelet əzələlərinin dəyişməsi ilə xarakterizə olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər