Slovakiya dövlət ehtiyatlarından Ukraynaya hərbi yardımı dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "TA3" telekanalı məlumat yayıb.
“Baş nazir Robert Fiko hökuməti ölkə ehtiyatlarından Ukraynaya hərbi yardımı dayandırıb. Bununla belə ölkə Ukraynaya humanitar yardımı davam etdirəcək”, - telekanalın məlumatında deyilir.