12 Oktyabr 08:26
3 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Almaniya münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməyə borcludur".

Teleqraf.com “Funke” media qrupuna istinadən xəbər verir ki , bunu Bundestaqın deputatı Sara Vaqenknext bildirib .

Onun fikrincə, Çin münaqişənin həlli məsələsində Rusiyaya təzyiq göstərə bilər. Almaniya da Zelenskiyə münasibətdə də eyni şeyi etməlidir ki, hər iki tərəf güzəştə getməyə məcbur olsun.

“Güzəşt olmadan sülh olmayacaq”, - deputat vurğulayıb.

Vaqenknext Ukraynaya silah tədarükünü artırmaqla münaqişənin həllinin mümkün olmadığına diqqət çəkib və daha çox diplomatik səylər göstərməyə çağırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər