İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftəsonu bir sıra xarici həmkarlarına göndərdiyi məktuba bildirib ki, İsraili dayandırmaq üçün kollektiv diplomatik səylərə ehtiyac var. Dünya mediası Tehrandakı hazırkı əhval-ruhiyyəni şərh edərkən, İranın əsəb və narahatlıq keçirdiyini yazır. İran oktyabrın 1-də İsrailə raket hücumuna cavab gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.
“Əgər iranlılar həqiqətən də əsəbidirlərsə, bu, İsrail üçün yaxşı bir işarə ola bilər. ABŞ İranın hücumuna planlaşdırılan cavabı ilə bağlı İsraillə müzakirələr aparır. Vaşinqton İranın nüvə və neft obyektlərini hədəfə almamaq barədə xəbərdarlıq edir”, - məlumatda deyilir.
Nəşr bildirir ki, İsrailin İranın nüvə obyektlərinə hücumu gözlənilmir, diqqət müxtəlif hərbi bazalar və kəşfiyyat hədəflərinə yönələcək:
“Tehranın əsəbi olması üçün yaxşı səbəbi var. İranın İsraillə həmsərhəd olan iki etibarlı təmilçisi öldürücü zəbə alıb. Apreldə İsrailə qarşı ilk hücumdan sonra, iyulda HƏMAS lideri İsmayıl Həniyə, sentyabrda isə “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb”.
YP yazır ki, İsrailin mümkün hücumundan əvvəl İranın dini Əli Xameneyinin təhlükəsizliyi gücləndirildi: “İranın dini lideri hazırda vaxtını bunkerdə keçirir”.
Baş nazir Binyamin Netanyahu da daxil olmaqla İsrail rəsmiləri İrana xəbərdarlıq edib ki, Tehranın addımı ciddi səhv idi. Netanyahu xüsusi olaraq söyləyib ki, İran bu hücumlarının bədələni ödəyəcək.
“Gedişat İran üçün durumu kövrəkləşdirir. Bölgədəki proksi qüvvələrini gücləndirməyə çalışsa da, İran İsrailin genişmiqyaslı qisasını təhrik etməkdə ehtiyatlı davranır. İsrailin üstün hərbi imkanları, o cümlədən qabaqcıl müdafiə sistemləri, kibermüharibə bölmələri və kəşfiyyat əməliyyatları İranla istənilən birbaşa toqquşmada ona mühüm üstünlük verir. Üstəlik, İsrail İrana münaqişəni daha da gərginləşdirməmək barədə xəbərdarlıq edən ABŞ-dan güclü diplomatik-hərbi dəstək alır. Bu dəstək və İsrailin hərbi gücü İranı daha da irəli getməkdən çəkindirə bilər”, - təhlildə vurğulanır.
İsrail nəşri mümkün hücumdan öncə İranda əsəblərin tarım çəkildiyini qeyd edir: “İran 1 oktyabr hücumuna İsrailin cavabını gözləyir. Yəni İslam Respublikasının əsəbi olması üçün əsasları var”.