14 Oktyabr 22:33
1 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar partiyasının namizədi Donald Trampın ABŞ prezidenti seçkilərində qələbə şansı orta hesabla 53,7 faiz qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bukmeykerlərə görə, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qələbə şansı isə orta hesabla 45,7 faizdir.

Buna baxmayaraq, ABC telekanalının “Ipsos” sosiologiya xidməti ilə birgə keçirdiyi son ictimai rəy sorğusunun nəticələrinə görə, Demokratlar partiyasının namizədi Kamala Harris ali dövlət postu uğrunda mübarizədə rəqibi Donald Trampı 2 faiz qabaqlayır.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər