Ukrayna üç ölkə - Rusiya, İran və Şimali Koreya ilə müharibə vəziyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski deyib.
“Qələbə planı dəstəklənsə, gələn ildən gec olmayaraq müharibənin bitməsi mümkündür. Bəndlərin əksəriyyəti diqqətlə hesablanır, amma bu qələbə planı yalnız tərəfdaşların köməyi ilə həyata keçirilə bilər.
Əgər biz və tərəfdaşlarımız indi güclənməsək, gələn il Putin güclənəcək”, - Ukrayna lideri vurğulayıb.
Ukrayna rəhbəri əlavə edib ki, Kiyev dürüst diplomatiyaya da açıqdır.