İsrail İran hədəflərinə hücum edərsə, ağrılı cavab alacaq, ABŞ-ın THAAD raketdən müdafiə batareyaları da ona kömək etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami deyib.
“Bilirsiniz ki, biz bir şey deyəiriksə, onu edirik. İstər İran ərazisində, istərsə də regionda hansısa obyektimizə zərbə endirsəniz, ağrılı cavab verəcəyik”, - general qeyd edib.