18 Oktyabr 18:26
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbdə bəzi dövlət və dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi onu daxili işlərinə müdaxilə etməyə çalışmaları öz nəticəsini verməyəcək, gürcü xalqı düzgün seçim etməklə ölkəsinin daxili işlərinə müdaxiləyə, öz müstəqilliyinə, suverenliyinə xələl gətirilməsinə yol verməyəcək”.

Qərb ölkələrinin Gürcüstanda ikinci Ukrayna senarisini həyata keçirməyə çalışdığını vurğulayan F. Şahbazlı hesab edir ki, Gürcüstan indi nə Saakaşvilinin prezidentliyi dövründəki Gürcüstandır, nə də indiki Ukrayna:

“Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə rəqiblər döyüşə gedirmiş kimi hazırlaşırlar. Bu, ərazisini itirmiş bir ölkə cəmiyyətinin parçalanmasına səbəb olur. 2008-ci ilin avqust faciəsini Gürcüstana yaşatmaq istəyən qüvvələr ölkədə Ukrayna variantı reallaşdırmağa hazırlaşır.İnkişaf etməkdə olan ölkələrə demokratiya “ixrac edən” Qərbin dərdi əslində budur. O heç kimə heç nəyi elə-belə, boş yerə verməyib və vermək niyyətində də deyil.Gürcü xalqı belə inqilabı həyatında bir dəfə yaşayıb. Kənar mərkəzlərdə planlaşdırılıb həyata keçirilən bu cür layihələrə növbəti dəfə isti yanaşacağı inandırıcı görünmür. Bunun fəsadlarını həyatından bu gün də yaşadığı üçün bu inqilab ssenarisinə isti yanaşmır”.

Gürcüstanda Prezidentlə hökumət arasında kəskin bir uçurum yarandığını vurğulayan siyasi şərhçi deyib ki, seçkiöncəsi qonşu ölkədə siyasi vəziyyət tarıma çəkilib. Xüsusi institutlar Qərbin hegemonluq maraqlarını həyata keçirmək məqsədilə siyasi proseslərə cürbəcür müdaxilə mexanizmləri işləyib, hazırlayırlar:

“Qərb xarici siyasətini müstəqil, özünün milli maraqları çərçivəsində həyata keçirən dövlətlərin varlığından narahatdır. Qərbin maraq dairəsinə aid olan coğrafiyalarda məskunlaşan dövlətlər çalışırlar ki, siyasi eyforiyaya qapılmasınlar, utopik planlara aludə olmadan öz ölkələrinin təhlükəsizliyini təmin etməyə çalışırlar. Gürcüstan hökuməti Azərbaycanın uzun müddətdir tətbiq etdiyi dövlət siyasəti olan “Balanslı siyasət”i yaxından izləyir və tədricən tətbiqinə çalışır.

Azərbaycanın xarici siyasəti isə öz milli maraqlarına hesablanıb. Biz heç bir dövlətin maraqlarına uyğun hərəkət etmir. Öz siyasətimizi rifahımız və ölkəmizin gələcəyi üçün zəruri olan istiqamətdə qururuq. Buna görə də daim qərb dairələri tərəfindən müxtəlif təzyiq və sanksiyalara məruz qalmışıq. Gürcüstan hökumətinin də qərbin orbitindən çıxaraq müstəqil siyasət yeritməsi bölgədə maraqları olan qərb dairələrini qıcıqlandırmağa başlayıb. Lakin ölkənin hakim partiya nümayəndələri fərqli mövqedən çıxış edərək əsasən milli maraqların qorunmasını, müstəqil daxili və xarici siyasətin yürüdülməsini prioritet sayırlar.
Gürcüstanın bugünkü hakimiyyəti, yüksək vəzifəli məmurları, əqidəsindən asılı olmayaraq müxtəlif siyasi partiyaların liderləri, nüfuzlu söz sahibləri, görkəmli ziyalıları və gürcü xalqının mütləq əksəriyyəti Gürcüstanın parlaq gələcəyini haqlı olaraq Azərbaycanla sıx əməkdaşlıqda, möhkəm təməllər üzərində qurulan işbirliyində, strateji tərəfdaşlıqda görürlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər