“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.
Teleqraf.com xəbər verir ki, 75 yaşlı Tağı Əhmədov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Əhmədov Tağı Məhəmməd oğlu 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.