17:30
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadəni təklif edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda bu regional platformanın iştirakçı ölkələrinin XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik", - o bildirib.

Nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının tamamlanması üçün hansı platformanın ən yaxşı olduğu sualına cavab olaraq deyib: "Razılaşmaq mümkün olan platforma".

"Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, "3+3" platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və İrəvan həll etməlidir", - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər