21:24
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Xətai rayonu Yusif Yusifov adına 265 saylı tam orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Teleqraf.com-un məlumatına görə, hadisə oktyabrın 18-də səhər saatlarında baş verib.

Məktəbin dəhlizində yuxarı sinif şagirdləri arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlı davaya çevrilib.

Nəticədə X sinifdə təhsil alan 2 məktəbli bıçaqlanıb.

Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Kəmalə

Oxşar xəbərlər