19 Oktyabr 09:39
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər