01:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayış baş verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, partlayış hava hücumu zamanı baş verib.

Sirenlər Çerniqov, Sumi, Vinnitsa, Çerkassı, Kirovoqrad, Poltava, Xarkov, Odessa və Nikolayev vilayətlərində də səslənir.

Oktyabrın 19-da axşam saatlarında Ukraynanın Odessa vilayətində hava hücumu xəbərdarlığı fonunda silsilə partlayışlar baş verib.

Həmin gün səhər saatlarında Kiyev vilayətində partlayışlar baş verib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər