Gələcəkdə insanlar nadir torpaq metallarının yataqları və su mənbələri uğrunda mübarizə aparacaqlar.
Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qido Krosetto G7 ölkələrinin müdafiə nazirlərinin Neapolda keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə ildə litium kimi yataqlar uğrunda müharibələr aparılacaq. Bundan əlavə, su və elektrik enerjisi istehsalı ilə bağlı mübarizə gedəcək. Krosetto həmçinin hesab edir ki, süni intellekt dünyanı idarə etməkdə böyük rol oynayacaq.