01:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Kamala Harris üç qərarsız ştatda seçici dəstəyi səviyyəsinə görə rəqibi Donald Trampı qabaqlayır.

Teleqraf.com xəbər verir ki, bu “Bullfinch Group” sorğusunun nəticələrinə əsasən bəlli olub.

Harrisin ən böyük üstünlüyü Miçiqan ştatındadır, burada sorğuda iştirak edənlərin 53 faizi onu dəstəkləyir, Trampa isə respondentlərin 45 faizi güvənir.

Digər iki ştatda – Viskonsin və Pensilvaniyada iki namizəd arasındakı fərq azdır.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər