Xalq artisti Tünzalə Ağayeva “Zalım” adlı yeni layihəsini təqdim edib.
Teleqraf.com xəbər verir ki, pop ulduzun yeni klipi işıq üzü görüb. Ekran işinin rejissoru "fashion" fotoqraf Röyal Səfərovdur. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Kərimova məxsusdur. Estrada ulduzunun klipdəki "stylingi" geyim üzrə mütəxəssis Elnarə de Birbuetə, makiyajı və saç düzümü isə stilist Sabir Bağırova aiddir.
Sevilən müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb.
Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqdim olunub. Pop ulduz həmin layihəni özünə ad gününə hədiyyə edib.
“Zalım” layihəsi Xalq artistinin şəxsi “Youtube” səhifəsində, eyni zamanda bütün digital platformalarda paylaşılıb.