"Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisində bufer zonası yaradıb".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalında bildirib.
“Rusların Ukrayna ərazisindəki bufer zonasına cavab olaraq, biz də Rusiya ərazisində bufer zonası yaratdıq”- Zelenski deyib.
Zelenski Ukrayna qoşunlarının Rusiya regionunun ələ keçirilən hissəsində mövqeləriəlində saxladığını da deyib.