Abxaziyada bir qrup şəxs Daxili İşlər Nazirliyinin və dövlət təhlükəsizlik xidmətinin binalarına girməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Prezidenti Aslan Bjaniya məlumat verib.
“Dövlət televiziyasına və bir sıra digər qurumlara girməyə cəhd olunub, atışma olub”, - o deyib.
Qeyd edilir ki, təhlükəsizlik qüvvələrinə qurumların ələ keçirilməsi ehtimalını istisna edəcək şəkildə hərəkət etmək göstərişi verilib.