19 Noyabr 13:57
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Zurabişvili seçkilərin nəticələrinin saxtalaşdırılması ittihamı ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, məhkəməni bu ittihamı tanımağa və təsdiqləməyə çağırıb.

Prezidentin vəkili Eka Beseliya bununla bağlı deyib:

“İddiada iki konstitusiya hüququnun pozulmasından bəhs edilir. Birincisi, ümumilik prinsipinin pozulmasıdır. Bu da o deməkdir ki, təkcə xaricdə yaşayan vətəndaşlarımızın konstitusion hüquqları məhdudlaşdırılmayıb, həm də onlara qadağa qoyulub. İkinci - vacib prinsip səsvermənin gizliliyidir. Səsvermənin gizliliyinin pozulması ilə bağlı bir neçə sübut var ki, bu da konstitusiya standartlarının pozulduğunu göstərir”.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər