1 Mart 2015 04:06
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Pan Qi Mun rusiyalı müxalifətçi Boris Nemtsovun qətlindən şokda olduğunu və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib. Teleqraf.com-un “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

“Baş katib Boris Nemtsovun fevralın 27-də Moskvada amansızcasına qətlə yetirilməsi xəbərindən şokdadır və kədər hissi keçirir. Baş katib qətlin istintaqının başlandığını qeyd edir və cinayətkarların məsuliyyətə cəlb olunacağına ümid edir”, deyə məlumatda qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər