2 Mart 2015 09:18
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimal-şərqində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı tərəfindən oğurlanmış 200-dən çox xristianın 19-u azad edilib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Suriya insan hüquqları müşahidə mərkəzi məlumat verib. Britaniyada yerləşən təşkilatın nümayəndələrinin sözlərinə görə, onlara bu xəbəri Assuriya xristian icmasının rəhbərliyi verib. Bəzi məlumatlara görə, onları fidyə müqabilində azad ediblər.

Qeyd edək ki, terrorçular fevralın 23-ü Xabur çayının cənub sahili boyunca yerləşən 12 kəndə hücum edərək aralarında kişi, qadın və uşaqların olduğu 220 xristianı oğurlayıblar.

Samir


Müəllif:

Oxşar xəbərlər