3 Mart 2015 03:32
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Avropa İttifaqına üzv ölkələrin Rusiya ilə işgüzar əlaqələrinin genişləndirilməsi hazırkı vəziyyətdə məqsədəuyğun saymır.

Teleqraf.com-un “Rosbalt”-a istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf Kipr prezidentinin Moskvaya səfərini şərh edərkən bildirib.

“Biz dəfələrlə qeyd etmişik – hazırda Rusiya ilə heç nə olmamış kimi biznes əlaqələri qurmağın zamanı deyil”, deyə M.Harf vurğulayıb.

Məlum olduğu kimi, Kipr prezidenti Nikos Anastasiadis ötən həftə Moskvada səfərdə olub, dövlət rəsmiləri və Rusiyanın iri banklarının rəhbərləri ilə görüşüb.


Müəllif: