3 Mart 2015 23:05
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nemtsovun qətlindən sonra Rusiyada ölüm hökmünün bərpası gündəmə gəlib.

Axar.az xəbər verir ki, gələn həftə Dumanın deputatı Vadim Solovyev tərəfindən Rusiya Federasiyası hökumətinə Cinayət Məcəlləsində dəyişiklik edilərək ölüm hökmünün bərpası təklifi irəli sürüləcək.

Solovyevin sözlərinə görə, müvafiq təklif ölkə prezidentinə, baş nazirə və Federal Məclisin hər iki palata rəhbərlərinə göndəriləcək.

O, ölüm hökmünün terror aktları, sifarişli ölüm, kütləvi qətl və digər əsas hadisələrə görə əsas cəza ola biləcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər