4 Mart 2015 09:25
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalda Türkiyə Hava Yollarına məxsus təyyarə enişdən sonra qəza törədib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı bir neçə sərnişin yaralanıb. Rəsmilər qəzanın İstanbul-Katmandu səfərini həyata keçirən təyyarənin törətdiyini bildiriblər. Şahidlər enişdən sonra təyyarənin qəfil uçuş zolağından torpaq yola çıxdığını qeyd ediblər.

Nepal mətbuatında yer alan məlumatlara görə, səhər saatlarında Katmandudaki Tribhuvan Beynəlxalq Hava Limanında baş verən hadisə zamanı THY-726 uçuş nömrəli Airbus A330 tipli təyyarədə 238 sərnişin olub.

Qəzanın qatı duman səbəbindən baş verdiyi açıqlanıb. Təyyarəyə ciddi ziyan dəyib.

Samir


Müəllif:

Oxşar xəbərlər