Türkiyə və İran BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinə daxil olmalıdır.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyan Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dumada BRİCS ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı sessiyada çıxışı zamanı deyib: “İdeologiya və din keçmişdə qaldı. Biz İran və Türkiyəyə qatar yolu ilə bağlıyıq. BRICS-in cənubi sektora genişlənməsinin vacib olduğunu düşünürəm”.
Rusiya Xarici İşlər Nazirliyinin “Böyük iyirmilik” və BRİCS üzrə koordinatoru Vadim Lukov isə hazırda bu təşkilata qoşulmaq istəyən ölkələrin sayının çoxluğunu bildirib. O qeyd edib ki, bununla bağlı görülmüş işlər yaxın zamanlarda açıqlanacaq.
Samir