ABŞ-ın Madison şəhərində polis qaradərili yeniyetməni güllələyib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident polis və 19 yaşlı qaradərili arasında çəkişmədən sonra baş verib.
Yerli sakinlərdən polisə daxil olan məlumata görə, yeniyetmənin girdiyi evin mənzillərinin birində şübhəli səs-küy eşidilib. Hadisə yerinə gələn polis yeniyetmə tərəfindən hücuma məruz qalıb.
Zabit çəkişmə zamanı xidməti silahını çıxardaraq hücum edən şəxsi güllələyib.
Qeyd edək ki, son zamanlar ABŞ-da polislər tərəfindən qaradərili vətəndaşların öldürülməsi halları artıb.