Oxşar xəbərlər
Fransa səmasında naməlum pilotsuz təyyarələrin görünməsi halları davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Le Figaro insidentlə bağlı araşdırma aparan mənbələrə istinadən xəbər yayıb.
Növbəti pilotsuz təyyarə martın 8-də gecə Parisdən bir qədər aralıda - Sen-Portdakı baza üzərində görünüb. Pilotsuz aparatın güclü projektorla işıqlandırıldığı bildirilir.
Qeyd edək ki, Sen-Portdakı bazada Fransa Hərbi Dəniz Donanmasının mərkəzi yerləşir. Bu mərkəz sualtı qayıqlarla rabitəyə cavabdehlik daşıyır.
Nihad