9 Mart 2015 09:30
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxalin vilayətinin qubernatoru Aleksandr Xorşavinin istintaqı zamanı yeni epizodlar üzə çıxa bilər.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Rusiya istintaq komitəsi bildirib ki, qubernatorun evində axtarış zamanı müxtəlif valyutalarda bir milyard rubla yaxın pul tapılıb. Bu, təxminən 200 kiloqram ağırlığında pul kütləsidir. Eyni zamanda 800 ədəd bahalı zinət əşyası, Moskvanın elit rayonlarında bəyan edilməmiş 3 premium-mənzil və təkcə təmirinə 130 milyon rubl xərclənmiş bağ evi.

Xatırladaq ki, Saxalin vilayətinin qubernatoru martın 4-nə keçən gecə iş otağında həbs olunaraq Moskvaya gətirilib. Onunla birlikdə tabeliyindəki üç işçi də həbs edilib.

Aleksandr Xorşavin 5,5 milyon rubldan çox rüşvət almaqda ittiham olunur.


Müəllif:

Oxşar xəbərlər