Malidə Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki sülhməramlı missiyasının düşərgəsi hücuma məruz qalıb. Naməlum silahlı dəstə üzvləri bazaya raket zərbələri endiriblər.
Hücum nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar da var. Hadisə Kidal şəhəri yaxınlığında baş verib. Hücum zamanı BMT sülhməramlıları atışmaya qarşılıq veriblər.
Polis faktla bağlı istintaq araşdırması başladıb. Polisin məlumatına görə, hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin yerli Tuareq üsyançıların hücumda əli olduğu ehtimal edilir.
BMT-nin sülhməramlı missiyası Malidə hökumətlə hökumətə qarşı çıxan üsyançılar arasında barışıq yaratmağa çalışır.
Daha bir hücum isə, paytaxt Bamakoda qeydə alınıb. Naməlum silahlılar restoranda partlayış törədib. Partlayış nəticəsində 2 nəfər ölüb. Hökumət hər iki hücumu terror aktı adlandırıb.