10 Mart 2015 11:39
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları 4 ulduzlu sistemdə yeni planet kəşf edildiyini açıqlayıblar.

Teleqraf.com xarici mətbuata istinadən məlumat verir ki, NASA tərəfindən aparılan araşdırmaya əsasən, "30 Ari b" adı verilən planet Yerdən 136 işıq ili (1 işıq ili = təqribən 10 trilyon kilometr) uzaqlıqda yerləşir.

4 ulduzlu "30 Ari" sistemində yer alan "30 Ari b" planetinin insan yaşayışına uyğun olmadığını bildirirlər. Yupiterdən 10 dəfə böyük olan bu planetin öz əsas ulduzu ətrafında dövr etməsi 335 gün çəkir.

Araşdırmaya görə, günəşlərin dördünü də həmin planetdən görmək olur.


Müəllif:

Oxşar xəbərlər