10 Mart 2015 16:13
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Koreyadakı səfiri Mark Lippert xəstəxanadan evə buraxılıb.

Teleqraf.com-un məlumatına görə, xəstəxanadan çıxdıqdan sonra mətbuat konfransı keçirən səfir Lippert bundan sonra Koreya ilə "açıq və dostcasına" diplomatik münasibətləri davam etdirəcəklərini söyləyib. Lippert "tam sağalmışam işimin başındayam. Amma baş verənlər ciddi dərəcədə qorxuducu bir hadisə idi. Lakin yeriyə bilirəm, danışa bilirəm, həqiqətən yaxşıyam "deyib.

Qeyd edək ki, Lipper keçən həftə Cənubi Koreyanın paytaxtı Seulda Cənubi Koreyalı milliyyətçi Kim Ki-jongun ülgüclü hücumuna məruz qalmışdı. Hücum zamanı biləyindən və üzündən yaralanan Lippert Seulda beş gün müalicə aldığı Yonsei Universiteti Xəstəxanasından evinə buraxılıb. Onun üzünə 80 tikiş vurulub.

Ruslan

Saldırıya uğrayan ABD'li büyükelçi taburcu oldu


Müəllif:

Oxşar xəbərlər