ABŞ-ın Alkoqol və tütün üzrə vergi və ticarət Bürosu toz halında olan alkoqol üçün etiketlərin dizaynına icazə verib. Bu barədə Trend "The Wall Street Journal" dərgisinə istinadən xəbər verir.
İstehsalçı şirkət "Lipsmark" yeni məhsulların sırasında araq, rom və üç məşhur kokteylin olacağını bəyan edib. Şirkətin saytında qeyd edilir ki, bu məqsədlə premium keyfiyyətli araq və romdan istifadə ediləcək. Bir paketi 170 qram su ilə qarışdırmaq məsləhət görülür.
Əvvəlcə ABŞ-da toz halında olan alkoqolun satışı 2014-cü ilin payızına planlaşdırılırdı, lakin 2014-cü ilin aprelində müvafiq qərar ləğv edilmişdi.