Dəhşətli edamları ilə tez-tez gündəmə gələn İŞİD terror təşkilatı bu dəfə özünün “məhkəmə hakimi”ni edam edib.
Publika.az-ın məlumatına görə, “Der Spiegel” nəşrinin internet səhifəsində dərc olunan xəbərdə İŞİD-in şəriət komissiyasının Tunis mənşəli hakimi Abu Jafar al-Hattabın edam qərarlarında lazım olduğundan daha radikal davrandığı üçün edam edildiyi bildirilir.
“Al-Monitor” xəbər portalı isə bildirib ki, eyni “günah”ı işlətdiyi üçün İŞİD-in digər yüksək vəzifəli üzvləri də həbs olunub. Amma onların taleyi ilə bağlı məlumat yoxdur.