15 Mart 2015 21:52
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benjamin Netanyahu Skandinaviya ölkələrini İsrailin daxili işlərinə qarışmaqda ittiham edib.


Publika.az-ın məlumatına görə, baş nazir İsrail radiosuna müsahibəsində onu hakimiyyətdən salmaq üçün Skandinaviya hökumətlərinin milyonlarla dollar xərclədiyini deyib.

Qeyd edk ki, martın 17-də keçiriləcək seçkilərdə Netanyahu və onun mühafizəkar Likud partiyası Yitzhak Herzog başda olmaqla solçular koalisiyasına qarşı mübarizə aparır.

Netanyahunun Facebook səhifəsində yerləşdirilən məlumatda rəqiblərinin xarici ölkələr tərəfindən maliyyələşdirildiyi iddia olunur. Bildirilir ki, hakimiyyətin dəyişməsi İsrail üçün ağır nəticələr verə bilər: "Yerusəlim şəhəri bölünə bilər, Hamasın nəzarətində olan qüvvələr paytaxt Tel Əviv və Ben Gurion beynəlxalq aeroportuna təhlkükə törədəcək hala gələ bilərlər", - Netanyahu əlavə edib.

Baş nazirin bəyanatları Skandinaviyada və İsrailin özündə tənqidlər və istehzalar doğurub. Norveç xarici işlər nazirliyinin nümayəndəsi baş nazirin ittihamlarını əsassız adlandıraraq, ölkəsinin başqa dövlətlərdəki demokratik seçimlərə heç vaxt qarışmadığını bildirib.
İsveçin sabiq xariçi işlər naziri Carel Bild ittihamlara tvitterdə cavab verərək yazır ki, Netanyahunun Skandinaviyanı günahlandırması qəribədir. Onun əsas problemi öz elektoratıdır.

Liberal İsrail qəzeti "Haaretz" yazır ki, özünə qarşı beynəlxalq sui-qəsdin olduğunu iddia edən Netanyahunu Uqo Şavez və Hüsnü Mübarəklə bir cərgəyə qoymaq lazım gəlir.

Seçkilərə bir neçə gün qalmış İsrail TV-nın açıqladığı sorğu hakim mühafizəkar Likud partiyasının solçuların birləşdiyi Sionist Bilryinə uduzduğunu göstərirdi. Müxalfətin baş nazirə əsas tənqidləri mənzil qiymətlərinin artması, İsrailin xarici siyasətdə ABŞ-la münasibətlərini pozması və ölkəni beynəlxalq təcridə gətirib çıxarması, Fələstinlə sülh danışıqlarının tamamilə dayandırılmasıdır.


Müəllif:

Oxşar xəbərlər