Əgər Türkiyə 90-cı illərin əvvəllərində indiki kimi güclü olsaydı, Dağlıq Qarabağ münaqişəsi də olmazdı.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Qonşu regionlardakı vəziyyəti şərh edən dövlət başçısı qeyd edib ki, ərəb ölkələrində olduğu kimi, Cənubi Qafqazda da münaqişələr mövcuddur.