Ermənistanın iflasa uğraması miqarasiyanı sürətləndirib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hazırda Ermənistan əhalisinin sayı 1,5 milyon nəfər təşkil edir. Bu barədə erməni sosioloqlar bildirirlər. Onların sözlərinə görə, Sərkisyan rejiminin siyasi və iqtisadi monapoliyası Ermənistanın sosial-iqtisadi tənəzzülünü gücləndirir. Ermənilərin xaricə üz tutmasının əsas səbəblərindən biri də siyasi repressiyalardır.
Yayılan məlumatlarda bildirilir ki, miqrasiya məsələləri üzrə ekspertlər Ermənistanda demoqrafiyanın kəskin həddə çatması barədə dövlət rəsmilərini dəfələrlə xəbərdar ediblər. Təkcə son bir ildə ölkəni tərk edən 100 min ermənidən heç biri geri qayıtmayıb.
Rəsmi məlumata istinadən edən erməni ekspert Ruben Yeqanyan etiraf edir ki, Ermənistanda miqrasiya siyasəti getdikcə qorxulu vəziyyət alır. Erməni miqrantların 77 faizini kişilər təşkil edir. Onun sözlərinə görə, ermənilərin ölkəni tərk etməsinin əsas səbəblərindən biri də övladlarını ordudan uzaqlaşdırmaqdır. Onun fikrincə, miqrasiya probleminin yaranmasında Sərkisyanın başçılıq etdiyi mövcud diktatura rejimi də böyük rol oynayır. Məhz bu rejim Ermənistanın iflasına, miqrasiyanın isə güclənməsinə gətirib çıxarıb.
Samir