Türkiyədə müalicə olunan 17 yaşlı oğlunun oyanmadığını görən ata həkimi ağacla döyüb. Teleqraf.com xəbər verir ki, ailə həkimi Mehmet Ali Aykan Mahmud D. adlı kişinin oğlunu müayinə edib. Sakitləşdirici iynə gənc oğlanın bir neçə saat yuxulamasına səbəb olub. Ata isə oğlunun öldüyünü zənn edərək həkimi döyüb. Amma bir neçə saat sonra oğlan oyanıb.
Aldığı zərbələrdən ağır yaralanan həkim isə xəstəxanaya aparılıb. Ata isə həbs olunub.
Ayxan