20 Mart 2015 10:10
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Ukraynada böhranın səbəblərini açıqlayıb.


Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçi münaqişənin əsas səbəbinin SSRİ-də yenidənqurmanın kəsilməsinin olduğunu bildirib.


“Münaqişənin əsas səbəbi 1991-ci ildə Belovejski meşəsində Rusiya, Ukrayna və Belarus rəhbərləri tərəfindən qəbul edilən məsuliyyətsiz qərarlar oldu. MDB-nin yaradılması haqqında Belovejski razılaşması Ukrayna üçün qırılma nöqtəsi oldu. Qərb Ukraynanı avroatlantik cəmiyyətə çəkərək Rusiyanın maraqlarına nümayişkaranə şəkildə məhəl qoymurdu. Qərbin bu hərəkətlərindən hamı zərər gördü. Yeni “soyuq müharibə”, hətta “isti müharibələr” üçün real təhlükə yarandı”.

Qorbaçov qeyd edib ki, indi qarşılıqlı ittihamların vaxtı deyil: “Hərbi qarşıdurmanın qalibləri olmayacaq. İstənilən konstruktiv addımları dəstəkləmək əhəmiyyətlidir”.

Keçmiş prezident hesab edir ki, Rusiya hazırkı qlobal xaosun öhdəsindən gəlmək üçün əhəmiyyətli rol oynaya bilər.


Müəllif:

Oxşar xəbərlər