Rusiya prezidenti Vladimir Putin ölkənin xarici işlər naziri SERGEY Lavrovu “Vətən qarşısında xidmətlərinə görə” I dərəcəli ordenlə təltif edib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Putinin imzaladığı fərmanda deyilir: “Sergey Lavrov Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsində xüsusi xidmətlərinə və çoxillik diplomatik fəaliyyətinə görə təltif olunub”.
Bütün Rusiyanın patriarxı Rusi Kiril isə Lavrovu baş kilsənin I dərəcəli Serqiya Radonejskov ordeni ilə təltif edib.
Samir