27 Mart 2015 20:21
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövcud şərtlərdə bütün ölkələr regionda sabitliyin təmin olunması və etimadsızlıq mühitinin inkişafının qarşısının alınması üçün səy göstərməli və bu istiqamətdə hərəkət etməlidirlər.

Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın İranın regiondakı fəaliyyətləri ilə əlaqədar nitqinə cavab olaraq deyib: “Biz Türkiyə ilə müxtəlif sahələrdə malik olduğumuz strateji əlaqələrə böyük əhəmiyyət verib hörmətlə yanaşırıq. Hər birimiz məsuliyyətli siyasət yeridərək, mövcud gücləri regionda əmin-amanlıq və inteqrasiya yolunda istifadə etməyimiz yaxşı olar”.

O qeyd edib ki, İran Yəmən məsələsində də öz köməyini əsirgəməyəcək: “İran İslam Respublikasının Yəmənin ərazi bütövlüyünün qorunması, bu ölkənin sabitliyi və təhlükəsizliyinə yenidən qovuşması üçün regiondakı bütün qardaş və bacılarının iştirakı ilə bu ölkədəki müxtəlif qruplar arasındakı dialoqu qurmağa hazırdır”.

Samir


Müəllif: