İranda edam hökmü son anda ləğv edilib.
Teleqraf.com xəbər verir ki, 7 il öncə 18 yaşlı bıçaqlanaraq öldürülən Abdullah Hüseynzadənin anası oğlunun qatilini son anda edamdan xilas edib. Ürəyi yaralı ana qatili edam dirəyində son anda bağışlayıb və onu bircə sillə ilə cəzalandırıb.
İranın "İsna" xəbər agentliyinin yaydığı məlumata əsasən, 18 yaşlı Abdullah Hüseyinzadənin qatili Balalın edam hökümü reallaşdırılarkən hər iki ailə meydana toplaşıb. Şəriət qanunlarındakı qisas qaydasının tətbiq edildiyi Bilalın gözləri bağlanaraq o, dar ağacına çıxarılıb. Ancaq son dəqiqədə Abdullahın anası oğlunun qatilini bağışlayıb. Bu qərardan göz yaşlarına boğlulan Bilalın anası Abdullahın anasını qucaqlayaraq təşəkkür edib.
Dəniz Əliyeva