Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb ölkələri yaxın günlərdə Yəməndə yerüstü əməliyyata başlaya bilərlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin deyib.
O, CNN telekanalına müsahibəsində qeyd edib ki, qoşunların Yəməndə yerüstü əməliyyata daha tez başlamasına ehtiyac var: "Bu, yaxın günlərdə ola bilər".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.