31 Mart 2015 00:44
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı "Müsəlman Qardaşları" təşkilatının fanatı olmaqda ittiham edib.

ANS PRESS-in məlumatına görə, Bəşər Əsəd CBS televiziyasına verdiyi müsahibədə Ərdoğanın məqsədinin 21-ci əsrin sultanı olduğunu bildirib.

Əsəd qeyd edib ki, Türkiyədən Suriyaya keçən terrorçuların Ərdoğan hakimiyyətinin terror qruplaşmalarına verdiyi dəstəkdir: "Sadəcə Suriyaya gələn terrorçuları görməməzlikdən gəlmir. Lojisitik və hərbi baxımdan onları dəstəkləyir".

Suriya ordusunun kimyəvi silahdan və çəllək bombalarından istifadə etməsi ilə bağlı sualı cavablandıran Bəşər Əsəd bildirib ki, bu onlara qarşı qurulmuş anti-təbliğatdır: "Xlor hərbi qaz deyil, hər yerdən əldə edə bilərsiniz və təsirli bir silah da deyil. Çəllək bombası adlandırılan bir şey də yoxdur. Bombalarımız var və bütün bombalar öldürmək üçündür".

Suriya prezidenti ABŞ nümayəndələri ilə görüşməyə hazır olduğunu deyib: "Biz hər zaman görüşməyə açığıq. Görüş üçün onların hazır olması lazımdır".


Müəllif:

Oxşar xəbərlər