ABŞ 2013-cü ildə hərbi qüvvələrin hakimiyyətə gəldiyi Misirə qarşı enbarqonu ləğv edib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə qərar ABŞ prezidenti Barak Obama ilə misirli həmkarı Əbdul-Fəttah es Sisi arasında telefon danışığı zamanı verilib.
Liderlər ABŞ-dan Misirə 1,3 milyard dollar dəyərində hərbi yardım göndərilməsini razılaşdırıb. Hərbi yardımın tərkibinə 12 ədəd F-16 döyüş təyyarəsi, 20 ədəd Harpoon raketi və 125 tank daxildir.
Samir