Kuba lideri Fidel Kastro 14 aylıq fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Bu barədə Kubanın “Granma” qəzeti yazır.
Qəzet həmçinin Kuba liderinin Venesualladan gələn nümayəndə heyəti ilə əl verərək salamlaşdığı anları əks etdirən şəkilləri yayıb.
Qəzetin yazdığına görə, şəkillər ötən həftə 88 yaşlı Fidel Kastronun ölkədə fəaliyyət göstərən mərkəzlərdən birinə baş çəkməsi zamanı çəkilib.
Qeyd edək ki, sonuncu dəfə Kuba lideri keçən il ölkə paytaxtında mədəniyyət mərkəzinin açılışında görünmüşdü.